2026-cı ilin "MET Qala"sı ilə bağlı ilk detallar açıqlandı

2026-cı ilin "MET Qala"sı ilə bağlı ilk detallar açıqlandı
MAQAZİN
12:32 18.11.2025
74
Modanın ən sehrli gecəsi hesab olunan "Met Qala" həmişə olduğu kimi, may ayının ilk bazar ertəsi günü keçiriləcək.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, buna uyğun olaraq, 2026-cı il "MET Qala"sının tarixi 4 may 2026-cı il olaraq təsdiqlənib.

Bu ilin ən böyük yeniliyi konsept mövzusudur. Belə ki, 2026-cı il sərgisinin mövzusu "Geyim Sənəti" olaraq elan edilib.
 
Kurator Endryu Bolton izah edir ki, sərgi MET-in 5000 illik kolleksiyasından ilhamlanıb.

Bu sərgi həmçinin muzeyin böyük zalının yanında yerləşən, tamamilə modaya həsr olunmuş daimi məkan olan "Condé M. Nast" qalereyalarının 12000 kvadratmetrlik yeni hissəsinin açılışına təsadüf edəcək.
 
Sərgidə rəsmlər, heykəllər və əşyalarla yanaşı tarixi və müasir kutür əsərləri də nümayiş olunacaq.

Aysel
OXŞAR XƏBƏRLƏR