Paytaxtda oğurluq edənlər saxlanılıblar

Paytaxtda oğurluq edənlər saxlanılıblar
KRİMİNAL
17:46 28.01.2026
418
Paytaxtın Xəzər rayonunda oğurluq hadisəsi baş verib.
 
AZXEBER.COM xəbər verir ki, rayon sakini polisə müraciət edərək "Tufan” markalı mopedinin oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən H.Həsənov və E.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Nərimanov rayonunda isə bir nəfərə məxsus içərisində pul, mobil telefon və bank kartları olan pul kisəsini talamaqda şübhəli bilinən N.Məmmədova da polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR