Gəncədə qəza oldu - Xəsarət alan var

Gəncədə qəza oldu - Xəsarət alan var
SOSİAL
21:10 30.01.2026
790
Gəncədə yol qəzası olub.

AZXEBER.COM xəbər verir ki, hadisə şəhərin Dəyirman dairəsi adlanan ərazisində baş verib. Hərəkətdə olan "Chevrolet" ilə digər minik avtomobili toqquşub.

Nəticədə bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.
OXŞAR XƏBƏRLƏR