Ucarda yük maşını ilə minik maşını toqquşub, yaralılar var

Ucarda yük maşını ilə minik maşını toqquşub, yaralılar var
SOSİAL
15:17 01.02.2026
458
Ucarda yol qəzası baş verib.

AZXEBER.COM-un APA-ta istinadən xəbərinə görə, hadisə Bakı- Qazax magistralının rayonun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan buğda ilə yüklənmiş yük maşını ilə minik maşını toqquşub. Nəticədə magistraldan çıxan hər iki maşına ciddi ziyan dəyib. Yüngül xəsarət alan zərərçəkənə hadisə yerində ilkin yardım edilib.

Fakt araşdırılır.
OXŞAR XƏBƏRLƏR