Sabah külək əsəcək, duman olacaq

Sabah külək əsəcək, duman olacaq
SOSİAL
13:19 08.02.2026
515

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3-6, gündüz 6-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 85-90 %, gündüz 75-80 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 1-4, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

OXŞAR XƏBƏRLƏR