Yelo Invest-də komissiyasız alış günləri yenidən başladı!

Yelo Invest-də komissiyasız alış günləri yenidən başladı!
İQTİSADİYYAT
13:56 27.04.2026
1056
Yelo Bank investisiya imkanlarını hər kəs üçün daha sərfəli və əlçatan etmək məqsədilə növbəti "Komissiyasız alış günləri”nə start verir. 27 aprel – 9 may tarixləri arasında Yelo Invest vasitəsilə ediləcək 10 USD-dən bütün səhm və ETF alış əməliyyatları üzrə komissiya haqqı 0 USD təşkil edəcək.
 
Bu fürsətdən yararlanaraq həm yeni başlayan, həm də təcrübəli investorlar dünyanın ən böyük şirkətlərinin səhmlərinə heç bir əlavə xərc çəkmədən yatırım edə bilərlər.
 
Yelo Invest-in üstünlükləri ilə tanış ol:
 
 ✔️ Limit sifarişi: Bazarın qiymətini daim izləməyə ehtiyac yoxdur. Almaq və ya satmaq istədiyin qiyməti müəyyən et, qiymət həmin həddə çatdıqda sistem əməliyyatı sənin yerinə avtomatik icra etsin.
 
 ✔️ 14 000-dən çox investisiya aləti: Geniş seçim imkanı ilə portfelini şaxələndir.
 
 ✔️ 16 saatlıq ticarət seansı: Günün böyük hissəsini əhatə edən ticarət imkanı ilə sənə uyğun vaxtda əməliyyat et.
 
 ✔️ Tam onlayn proses: Filiala gəlmədən, saniyələr içində Yelo App-də investisiya hesabı aç və dərhal yatırıma başla.
 
 Gələcəyini bugünkü yatırımlarınla formalaşdır. Yelo App-i yüklə, komissiyasız alış günlərini qaçırma: https://ylb.az/invest.
 
 Qeyd edək ki, Yelo Invest xidməti "Unicapital İnvestisiya Şirkəti” ASC (lisenziya №-si 087910) vasitəsilə həyata keçirilir.
 
 Sərfəl şərtlərlə lombard krediti əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
 
 Yelo Bank – Parlaq bankçılıq!
OXŞAR XƏBƏRLƏR