20:40 çərşənbə Axşamı, 23 Iyul 2019
ÖZƏL

22 yaşlı azərbaycanlıdan oğurlanan saat: Dünyada cəmi 75 ədəddir, yalnız bir mağazada satılır

12:18, 27.06.20193342
22 yaşlı azərbaycanlıdan oğurlanan saat: Dünyada cəmi 75 ədəddir, yalnız bir mağazada satılır

Xəbər verdiyimiz kimi, İspaniyanın bütün dünyada məşhur olan İbiza kurortunda  azərbaycanlıya hücum edilib.


İngiltərənin "Daily Mail” saytı xəbər verib ki, quldurlar 22 yaşlı azərbaycanlıya hücum edərək, onun 1,5 milyon avro qiyməti olan saatını oğurlaylblar.

Qarət edən şəxs hadisə yerindən qaçıb.

AZXEBER.COM məsələnin aktuallığını nəzərə alaraq oğurlanmış saat haqda kiçik araşdırma aparıb. 

Oğurlanmış McLaren F1 saatından dünyada cəmi 75 ədəddir. Saatın çəkisi kəməri ilə birlikdə 40 qramdır.

 

Bu saat dünyanın ən məşhur idmançılarından olan Rafael Nadal üçün özəl olaraq hazırlanıb. 

Richard Mille RM 50-03 McLaren F1 saatı Richard Mile və McLaren arasında imzalanan müqavilə əsasında hazırlanıb. 

Richard Millenin qərarına görə, bu saatdan cəmi 75 ədəd satışa buraxılıb və yalnız RM butiklerinde satılır.

Saatın dəqiq qiyməti 869,719 min avrodur, ancaq bu qiymətə ƏDV daxil deyil.

Mütəxəssislər iddia edir ki, "Richard Mille RM 50-03 McLaren F1" dünyanın ən bahalı saatlarındandır. 

 


 

 

 

 

 

 

 


 


XƏBƏR LENTİ