14:48 çərşənbə Axşamı, 23 Oktyabr 2018
SAĞLAMLIQ

26 yaşı var, amma 17 kiloqramdır - Minlərlə insan onu sağaltmaq üçün bir araya gəldi

23:20, 24.09.20186176
26 yaşı var, amma 17 kiloqramdır - Minlərlə insan onu sağaltmaq üçün bir araya gəldi

Kristina Karyagina adlı rus qadın anoreksiya xəstəliyindən əziyyət çəkir.

AZXEBER.COM "ölkə.az"-a istinadən bildirir ki, xəstəlik səbəbindən qadın 26 yaşı olmasına baxmayaraq 17 kiloqramdır. Yeməkdən imtina etdiyi üçün təhlükəli dərəcədə arıq olan Karyaginaya müalicə olunmazsa 1 il ərzində ölə biləcəyi deyilib. Həkimlər onun çəkisinin 4 yaşlı uşaqla eyni, bunun səbəbinin isə normal yemək yeməkdən imtina etməsi olduğunu açıqlayıblar. 

Alma və banan parçalarından başqa heç nə yeməyən qadın məşhur TV ulduzu və sosial media fenomeni olan, eyni zamanda keçmiş anoreksiya xəstəsi olan Miss Kokhnonun onun barəsindıə paylaşım etməsiylə məşhurlaşıb. İnstagramda 520 min izləyiciyə sahib olan Maria Kokhno çox gec olmadan Karyaginanın müalicəyə başlaması üçün kampaniyaya start verib.

 

Müalicə üçün getdiyi həkim qadına "Qorxu filmində meyit rolu oynaya bilərsən" deyib, lakin ona durumunu gülərək qarşılamasını və özünə güvənərsə, bunun öhdəsindən gələ biləcəyini bildirib.

Müalicəsi başladılan Karyagina ikinci günündə banan və almadan başqa bir şey yeyə bilib. Hazırda gənc qadının müalicəsinin irəliləməsi və vəziyyətinin daha da düzəlməsi gözlənilir.

XƏBƏR LENTİ