Türkiyənin cənub şərqində PKK terroçularının daha fəal olduğu Şimali İraqla sərhəddə 250 – 270 terrorçu öldürülüb. Bu barədə məlumatı Türkiyənin NTV telekanalının qonağı olan bu ölkənin Baş Qərargah rəisi ordu generalı Necdet Özel verib. General bu rəqəmlərin 17 avqust – 17 oktyabr tarixlərini əhatə etdiyini bildirib. 17 oktyabr 2011-ci il tarixdə Türkiyə Böyük Millət Məclisinin sərhəddən kənar əməliyyatlar üçün olan müddəti daha 1 il uzatdığını xatırladan baş qərargah rəisi bu çərçivədə oktyabrın 20-də başladılmış əməliyyatların hal-hazırda davam etdiyini deyib.