3 ölkənin gəncləri arasında “Qarabağ Zəfəri”nə həsr olunmuş müsabiqələr keçiriləcək

3 ölkənin gəncləri arasında “Qarabağ Zəfəri”nə həsr olunmuş müsabiqələr keçiriləcək
MEDIA
22:00 03.10.2021
753
"Gənclərin Töhfəsi” İctimai Birliyi 01 oktyabr 2021-ci ildən etibarən "Qarabağ Zəfəri”nin ildönümünə həsr olunmuş "Zəfərə doğru addımla” adlı layihənin icrasına başlayır.
 
Layihənin donoru Azərbaycan Respublikasının Gənclər Fondu, tərəfdaşları ilə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu, Sosial Tədqiqatlar Mərkəzi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Qardabani Gənclər Mərkəzidir. 

Layihənin məqsədi 44 günlük Vətən savaşında rəşadətli, müzəffər Azərbaycan Ordusunun hərb meydanında yazdığı qəhrəmanlıq dastanlarını yeniyetmə və gənc nəsil arasında təbliğ etməkdən ibarətdir. 

Layihə çərçivəsində 16-25 yaşlarında Azərbaycan, Türkiyə və Gürcüstan gəncləri arasında rəsm və ya karikatura, videoçarx ssenarisi, fləşmob ssenarisi, esse və gənc jurnalistlər arasında yazı müsabiqələri keçiriləcək.

Bu müsabiqələr ölkəmizin digər regionları kimi Naxçıvan Muxtar Respublikasında da təşkil olunacaq. Münsiflər heyəti tərəfindən seçilmiş müsabiqə qalibləri diplomlar və qiymətli hədiyyələrlə təltif olunacaq.
 
Azərbaycan üzrə Bakı və Naxçıvan şəhərlərində, Gürcüstan üzrə Tbilisi şəhərində, Türkiyə üzrə isə 6 bölgədə müsabiqə qaliblərinin əl işlərinin təqdimatı keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyən 16-25 yaş arası Azərbaycan, Türkiyə və Gürcüstan gəncləri müsabiqə üzrə əl işlərini şəxsiyyətini təsdiq edən sənədin surətini və əlaqə vasitələrini müvafiq email ünvanlardan birinə göndərə bilər.

Azərbaycan – [email protected] 
Gürcüstan üzrə - [email protected]
Türkiyə üzrə - [email protected]

Müsabiqənin şərtləri və qaydaları:

Müsabiqə qaliblərinin mükafatlandırılması və təqdimatı mərhələli şəkildə Azərbaycan üzrə Bakı və Naxçıvan şəhəri, Gürcüstan Respublikası üzrə Tbilisi şəhəri, Türkiyə Respublikası üzrə 6 bölgədə keçiriləcək.

Mükafatalandırma 01 noyabr – 10 noyabr tarixlərində keçiriləcək.

Müsabiqədə 16-25 yaşlarında yeniyetmə və gənclər iştirak edə bilər.

Rəsm və ya karikatura üzrə : 

- İşlər ağ, qara və yaxud rəngli ola bilər. 
- Rəsmlər karandaş və ya boya ilə çəkilə bilər.

Videoçarx ssenarisi üzrə :

-Videoçarxın müddəti 3-5 dəqiqədən artıq olmamalıdır;
-Müsabiqə iştirakçıları videoçarx janrını seçməkdə sərbəstdir (videoklip, reportaj, müsahibə və s.); 
-Müsabiqəyə qoşulan iştirakçı yalnız bir videoçarx ssenarisi təqdim edə bilər;
Müsabiqədə iştirakçının öz duyğu və düşüncələri ilə işlənmiş, orijinal ideyası, ustalığı ilə seçilən işlərə üstünlük veriləcək. 

Fləşmob ssenarisi üzrə :

- Fləşmobun əhatə müddəti 3-5 dəqiqədən artıq olmamalıdır;
- İdeya mövzunu əhatə etməlidir; 
- Müsabiqəyə qoşulan iştirakçı yalnız bir fləşmob ssenarisi təqdim edə bilər;
Müsabiqədə iştirakçının duyğu və düşüncələri ilə işlənmiş, orijinal ideyası, ustalığı ilə seçilən işlərə üstünlük veriləcək. 

Esse üzrə :

Esselər 2-5 səhifə həcmində olmalıdır;
Times New Roman və ya Arial şriftləri ilə, 14 ölçüdə olmalıdır;
Mətnin həcmi 700 sözdən çox olmamalıdır.

Gənc jurnalistlər arasında yazı üzrə : 

Materialların ümumən mövzunu, nəzərdə tutulan istiqamətləndirici mövzuları dolğun əhatə etmə səviyyəsinə;
Analitik keyfiyyətlərə, faktların və məsələlərin düzgün təhlilinə;
Faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə;
İfadə vasitələrinin zənginliyinə;
Oxucu üçün informasiyalılıq dərəcəsinə;
Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.

Şərtlər:

Yazıların həcmi 1 səhifə (A3), səhifədə soldan - 25 mm, sağdan - 15 mm, yuxarı və aşağıdan - 20 mm boş sahə saxlanılmaqla tam düzləndirmə (Ctrl+J) nizamında  (Times New Roman şriftində (12), 9-11 min işarə) sətirarası intervalı 1 vahid olmaqla tərtib olunmalıdır; 

Yazılar çap və onlayn mediada dərc edilməli və "Qarabağ Zəfəri”nin ildönümünə həsr olunmuş "Zəfərə doğru addımla” layihəsi çərçivəsində keçirilən müsabiqədə iştirak üçün yazıldığı qeyd olunmalıdır;

Yazılar orijinal olmalı, yəni ilk dəfə müsabiqə dövründə mediada yayımlanmalıdır;

Yazılar Azərbaycan dilində yayımlanmalıdır;

Jurnalist araşdırmalarına və innovativ ideya təkliflərinə üstünlük veriləcək.

Hər kütləvi informasiya vasitəsindən yalnız bir material qəbul ediləcək. 

Yazı istənilən KİV-də işıqlandırıla bilər.

Müsabiqədə iştirak edən şəxslərin məqalələri çap və ya onlayn mediada 05 oktyabr – 20 oktyabr 2021-ci il tarixlərində yayımlanmalıdır.
Əlavə məlumatlar:

Müsabiqəyə təqdim olunan məqalənin dərc olunduğu qəzetin nüsxəsinin skan versiyası, yazının elektron variantı və yayımlandığı saytın linki mütləq e-poçt ünvanına göndərilməlidir. 

Müsabiqəyə 5 istiqamətdən yalnız bir istiqamət seçilə bilər. Müstəsna hallar olarsa, bu məsələyə təşkilat komitəsi tərəfindən baxıla bilər. Müsabiqəyə daha əvvəl yayımlanmış təkrar işlər təqdim oluna bilməz.

Ölkələr üzrə müvafiq e-mail ünvanları:

Azərbaycan (Naxçıvan MR-dən də bura göndərə bilərlər) – [email protected] 
Gürcüstan üzrə - [email protected]
Türkiyə üzrə  - [email protected]

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu ölkədə vəba epidemiyası elan edilib
20:42 27.06.2026
Bu ölkədə vəba epidemiyası elan edilib
Fərman Həsənov UFC-də qələbə qazanıb
20:35 27.06.2026
Fərman Həsənov UFC-də qələbə qazanıb
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
20:26 27.06.2026
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
20:14 27.06.2026
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
19:49 27.06.2026
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
19:46 27.06.2026
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
19:32 27.06.2026
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
19:22 27.06.2026
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
19:16 27.06.2026
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
19:14 27.06.2026
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
19:09 27.06.2026
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
19:04 27.06.2026
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
18:57 27.06.2026
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
18:53 27.06.2026
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video
18:50 27.06.2026
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video
Əfqanıstanda güclü zəlzələ oldu
18:46 27.06.2026
Əfqanıstanda güclü zəlzələ oldu