3 uşaq atasının meyiti 2 həftə sonra tapıldı

3 uşaq atasının meyiti 2 həftə sonra tapıldı
DÜNYA
13:58 26.12.2023
191
Türkiyənin Adana şəhərinin Kozan bölgəsində 2 həftədir axtarışda olan avtomobil ehtiyat hissələri satıcısı, 3 uşaq atası Mustafa Hakkulunun (31 yaş) öldürüldüyü məlum olub. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bunu 31 yaşlı kişinin dostu canlı yayımda etiraf edib. 

Qandonduran hadisə dekabrın 24-də axşam saatlarında rayonun Postkabasakal bölgəsində baş verib. 

Tarladan evə qayıdan fermer yolun kənarındakı çay yatağında kişi cəsədi görüb.
 
Fermer polis və sağlamlıq qruplarına xəbər edib.

Hadisə yerində aparılan araşdırmalardan sonra meyitin dekabrın 13-dən itkin düşmüş Mustafa Hakkuluna məxsus olduğu müəyyən edilib. 

Başından tapança ilə vurulduğu təsbit edilən Hakkulunun cansız bədəni yarılmaq üçün Adana Ədliyyə Tibb Qurumuna aparılıb. 

Qeyd edək ki, Hakkulunun cənazəsi yarılmadan sonra ailəsinə təhvil verilib. 
 
Oksana
OXŞAR XƏBƏRLƏR