İçki hər il neçə milyon insanı öldürür?

MARAQLI
09:21 16.02.2011
2083

Dünyada spirtli içki qəbulu nəticəsində hər il 2,5 milyona yaxın insan həyatını dəyişir. Bütün ölümlərin təxminən dörd faizinə alkoqol səbəb olur. Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, həddindən çox spirtli içki qəbul edilməsi səbəbindən QİÇS, vərəm və müharibələrlə müqayisədə daha çox insan həyatını dəyişir.

Asiya və Afrika ölkələrində gəlirin çoxalması ilə əlaqədar spirtli içki qəbulu da artır, inkişaf etmiş ölkələrdə güclü sərxoşluq tez-tez qeydə alınır. Alkoqollu içkilər qəbul edilməsi nəticəsində Rusiyada və MDB ölkələrində ölüm səviyyəsi daha yüksəkdir. Həmin ölkələrdə hər beş ölümdən biri spirtli içki qəbulu ilə əlaqədardır.

DST-nin məlumatına görə, buna baxmayaraq, dünyanın əksər ölkələri spirtli içki qəbulu üzərində sərt nəzarət tədbirləri görülməsinə tələsmirlər. Həddindən çox sərxoşluq halları Braziliya, Meksika, Cənubi Afrika, Qazaxıstan və Ukraynada qeydə alınır. Bu hal Böyük Britaniyada da getdikcə yayılmaqdadır. Bəzi ekspertlər bunu Şərqi Avropanın mənfi təsiri ilə əlaqələndirirlər.

Dünya əhalisinin 11 faizə yaxını hər həftə sərxoş olur, kişilər qadınlardan daha çox spirtli içki qəbul edirlər. Gizli surətdə, kustar yolla hazırlanan spirtli içkilər insana daha çox zərər vurur. Onlar çox vaxt zəhərli olmasına baxmayaraq, dövlət nəzarətindən kənardadır.

Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatına daxil olan 193 ölkənin səhiyyə nazirləri hələ ötən ilin mayında bazar məhdudiyyətləri qoyulması və vergilərin artırılması hesabına həddindən çox spirtli içki qəbul edilməsinə qarşı mübarizə aparılmasına dair razılığa gəliblər. Buna baxmayaraq, dünyanın əksər dövlətlərində alkoqol qəbuluna nəzarət lazımınca təşkil edilməyib.

 

OXŞAR XƏBƏRLƏR