İlin toyuna son hazırlıq

MARAQLI
17:28 28.04.2011
2520

Toy öncəsi son məşqlər keçirilib. Məşqdə gəlinlə bəyi toya gətirəcək faytonlar, bəyin qardaşı, gəlinin ailəsi də iştirak edib.

Mərasimdə iştirak edəcək dindarlar və mətbuat nümayəndələri də məşq prosesinə qatılıblar.

Qeyd dək ki, toyun ən çox gözlənilən məqamı Keytin gəlinlik libasıdır.

Şahzadə və nişanlısını yaxından görmək istəyən vətəndaşlar isə nigahın kəsiləcəyi kilsənin qarşısında yatmağa başlayıblar. Bir çox insan yatağını, yemək içməyini, çətirini alaraq kilsə ətrafında məskunlaşıb.

Xatırladaq ki, nikah mərasimi Vestminster Kilsəsində olacaq.

Toy karvanının keçəcəyi yerlərdə və şəhərin ən önəmli nöqtələrində nəhəng ekranlar qurulub. //Ans Press

 

OXŞAR XƏBƏRLƏR