34 azərbaycanlı ermənilərin əlində əsirdir

34 azərbaycanlı ermənilərin əlində əsirdir
SİYASƏT
16:37 04.12.2014
1356
“Bizdə 50 nəfər azərbaycanlının Ermənistanda və Dağlıq Qarabağda müxtəlif yerlərdə saxlanılması barədə məlumatlar vardı”.APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Firudin Sadıqov deyib.F.Sadıqov bildirib ki, həmin 50 nəfərə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri 1999-cu ildə və ondan sonra bir neçə dəfə baş çəkib və onları qeydiyyata götürüblər: “Biz onların taleyinə aydınlıq gətirmək, onların azad olunması üçün fəaliyyət göstərirdik. Əgər bu insanlar Ermənistanda və ya işğal olunmuş Dağlıq Qarabağda müxtəlif yerlərdə uzun müddət saxlanılırlarsa, onların azad olunmasının vacibliyini diqqətə çatdırmışdıq. Beynəlxalq təşkilatlarla onların azad olunması istiqamətində fəaliyyət göstərirdik. Amma belə alındı ki, onlardan bizə 16 nəfərin meyiti qaytarıldı. Meyitlərə baxanda görünürdü ki, onlar yaxın məsafədən atəş açılaraq qətlə yetiriliblər. Ermənilər deyirdilər ki, onlar guya saxlama yerlərindən qaçmağa cəhd etdikləri üçün keşikçilər tərəfindən öldürülüblər, bir qismi isə xəstəlikdən ölüb. Biz də dedik ki, Ermənistan ərazisində hansı epidemiya yayılmışdı ki, onlar eyni gündə, eyni vaxtda həlak olublar? Digər 34 nəfərlə bağlı ermənilər heç bir məlumat vermirlər. Bu o insanlardır ki, onlara beynəlxalq təşkilatların nümayəndələri baş çəkib, onlarla orada görüşüblər və beynəlxalq təşkilatlarda qeydiyyatdadırlar. Lakin ermənilər onları vermirlər. Deyirlər ki, bizdə belə bir adam da, onlar haqqında məlumat da yoxdur”.
Azxeber.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məşhur arıqlama iynələri ilə bağlı XƏBƏRDARLIQ
16:14 13.03.2026
Məşhur arıqlama iynələri ilə bağlı XƏBƏRDARLIQ
Azərbaycanda doğum səviyyəsinin azalması təhsil və əmək bazarına risk yaradır – Deputat xəbərdarlıq edir
16:09 13.03.2026
Azərbaycanda doğum səviyyəsinin azalması təhsil və əmək bazarına risk yaradır – Deputat xəbərdarlıq edir
Fotolarını süni intellektlə düzəldib, qadınları şantaj edirdi - Kiberpolis saxladı
16:05 13.03.2026
Fotolarını süni intellektlə düzəldib, qadınları şantaj edirdi - Kiberpolis saxladı
Məşhur rusiyalı repçi mahnısına görə cərimələndi
15:59 13.03.2026
Məşhur rusiyalı repçi mahnısına görə cərimələndi
Adı qadağan olunmuş müğənilər sırasında olan Ayan verilişdə - VİDEO
15:50 13.03.2026
Adı qadağan olunmuş müğənilər sırasında olan Ayan verilişdə - VİDEO
Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir - SİYAHI
15:42 13.03.2026
Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir - SİYAHI
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
15:40 13.03.2026
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
"Özümü sevirəm və bədənimə yaxşı baxıram" - Gülay
15:39 13.03.2026
"Özümü sevirəm və bədənimə yaxşı baxıram" - Gülay
"Azərbaycan qlobal tədbirlər mərkəzidir"
15:38 13.03.2026
"Azərbaycan qlobal tədbirlər mərkəzidir"
UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!
15:35 13.03.2026
UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!
ABŞ-nin silah ehtiyatı tükənə bilərmi? - Hərbi ekspertdən açıqlama
15:33 13.03.2026
ABŞ-nin silah ehtiyatı tükənə bilərmi? - Hərbi ekspertdən açıqlama
Adnan Əhmədzadənin həbs müddəti uzadıldı
15:17 13.03.2026
Adnan Əhmədzadənin həbs müddəti uzadıldı
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
14:57 13.03.2026
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
Məşhur fenomenin həbs müddəti uzadıldı
14:52 13.03.2026
Məşhur fenomenin həbs müddəti uzadıldı
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
14:51 13.03.2026
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
14:27 13.03.2026
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı