Malatyanın Derende ilçəsində 12 yaşındaykən müalicə etdirilməsi üçün İstanbula göndərilən İhsan Güləç, 40 il diləndirilib. Əqli və ağıl sağlamlığı yerində olamayan 55 yaşlı Güləç, 40 il sonra qardaşı tərəfindən tapılıb. Bu haqda məlumatı Türkiyənin “Sabah” qəzeti yayıb.
İhsan Güləçin qardaşı Yaşar Güləç jurnalistlərə verdiyi açıqlamada, qardaşının 12 yaşında ailə dostları tərəfindən İstanbula müalicə adı ilə aparıldığını, daha sonra isə qardaşından heç bir xəbər ala bilmədiklərini söyləyib.
Qardaşının 10 yaşındakı bir uşaqla eyni boyda olduğunu söyləyən Yaşar Güləç, onun bədənin 90%-nin iflic vəziyyətdə olduğunu qeyd edib.
Polis faktla bağlı geniş araşdırmalara başlayıb.