Azxeber.com portalının Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, 39-cu həftədə uşaq sahibi ola bilməyən qızı Sara Connell üçün daşıyıcı analıq edən 61 yaşlı Kristine Casey doğuş edib.
Sara Connell və həyat yoldaşı Bill doğulan oğlan uşağına Finnean adı veriblər.
Anasının köməkliyi ilə uşağı dünyaya gələn Sara çox sevincli olduğunu deyib. O, bunu bir möcüzə adlandırıb.
Üç uşaq anası Kristine Casey isə qızına kömək etdiyi üçün xoşbəxt olduğunu bildirib: "Həyatımın ən xoşbəxt üç günü qızlarımı dünyaya gətirdiyim günlər idi. Bunu sevdiyim qızım üçün etdiyimə görə xoşbəxtəm."
Fiziki və psixoloji sağlamlığının yerində olduğu bildirilən qadın yaşadığı İllinois əyalətində ən yaşlı ana olub.
{jcomments off}