ŞOK! Quran yandırıldı

MARAQLI
08:11 22.03.2011
2083
Florida ştatının əyalət kilsələrindən birinin keşiş-yevangelisti Ueyn Sapp Quranın nüsxəsini yandırıb. O, bunu müqəddəs kitabını nümayişkaranə yandırmaq ideyasını irəli sürən həmkarı Terri Consun rəhbərliyi altında edib. Silahdaşları ilə keçirdikləri “məhkəmə iclasında” bu müqəddəs kitab çoxsaylı cinayətlərin baş verməsində təqsirkar olaraq bilinib. Sapp “Quran”nın üzərinə kerosin tökərək onu yandırıb. Floridanın Qeynsvilla kilsəsində baş verən hadisə yerli əhali və jurnalistlərin narazılığına səbəb olub. Terri Cons Quranın yandırılmasını əlamətdar hadisə hesab edib: “Belə nadir hadisələr həyatda bir dəfə baş verir”. Qeyd edək ki, hələ 2010 -cu il 11 sentyabrda "Quranın yandırmasının gününü" təşkil etməyi təklif edən Consun bu təşəbbüsü ABŞ-da hiddətə səbəb olmuşdu. Yekunda o öz fikrindən imtina etməli olmuşdu.

//Qafqazinfo

 

OXŞAR XƏBƏRLƏR