"4 gün təsiri olacaq" - Astroloqdan AÇIQLAMA

"4 gün təsiri olacaq" - Astroloqdan AÇIQLAMA
MARAQLI
14:29 27.08.2025
181
"Venera və Neptun arasında üçbucaqlı bucaq var və onun təsiri 3-4 gün davam edəcək".
 
AZXEBER.COM xəbər verir ki, bununla bağlı astroloq Dinçer Güner öz sosial media hesabında paylaşım edib.
 
O, paylaşımında bildirib:
 
"Mövcud münasibətlərdə romantizm və empatiya ön plana çıxır

Bu dövr münasibətlərdə daha çox anlayış, şəfqət və fədakarlığın artması ilə xarakterizə olunur. Partnyora qarşı diqqət və empatiya yüksəlir.

Yalnız olanlar üçün isə mistik və ruhi qarşılaşmalar mümkündür. Uzun illər eyni məkanda olub rastlaşmamaq kimi təsadüflər bu mərhələdə baş verə bilər. Münasibətlərə baxış daha çox ruhsal bağ qurma istəyi üzərində formalaşır.

Bu zaman dilimi həmçinin sənətlə məşğul olanlar üçün də yaradıcılığın yüksəldiyi bir dövr sayılır. Musiqi, rəsm, şeir və ya rəqs sahələrində yeni cəhdlər üçün əlverişli şərait yaranır.

İntuisiya güclənir, başqalarına yardım etmə motivasiyası artır. Meditasiya, yoga və ruhani çalışmalar üçün ideal vaxtdır. Maddi məsələlərdə də qərarların daha çox sezgilərə əsaslanaraq verilməsi müşahidə edilə bilər".
 
Oksana
OXŞAR XƏBƏRLƏR