Bu gün, 25 oktyabrda ölkəmizin incəsənət sahəsində çalışan 4 məşhur doğum gününü qeyd edir. AZXEBER.COM-un məlumatına görə, Xəzər TV-nin “Bizim gün” proqramının aparıcısı Günay Rəhimova, azəri qızı Günel kimi tanıdığımız müğənni Günel Zeynalova, aktrisa Sənubər İsgəndərli və aparıcı, produsser Təranə Səmədova bu gün dünyaya göz açıblar.Bu şəxslər içərisində aparıcı Günay Rəhimovanın ad günün 1 gün əvvəldən başlayıb. Onun sözlərinə görə, “Dünənki efirimizdən sonra artıq təbriklər eşitməyə başlamışdım. Hər bir kəsə çox sağ ol deyirəm. Var olsunlar”. Space TV-də yayımlanan "Hələ bu harasıdır" proqramının aparıcısı Təranə Səmədova isə, “İnsan 1 il ərzində çox bayram görür. Çox sevinc yaşayır. Ancaq doğum günü sevinci başqadır. Bu gün həm qızımın 5 yaşı tamam olub, həm də mənim 30. Ancaq bu gözəl günü sabah qeyd edəcəyik. Biz birlikdə 35-imizi qeyd edəcəyik. Səhər 5-ə qədər təbrik almışam. Saat 10-dan başlayaraq hal hazırda da davam edir. Mənə dəyər verən hər kəsə təşəkkür edirəm” deyərək öz təsüratlarını bölüşüb.