ABŞ-ın New Jersey əyalətində yaşayan 4 yaşlı uşaq, 6 yaşlı dostunu başından tüfənglə vurub. AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, təcili yardımla xəstəxanaya yerləşdirilən yaralı uşağın vəziyyətinin ağır olduğu bildirilib.
Hadisəyə səbəb isə, 4 yaşlı uşağın atasının tüfəngini oğurlayaraq dostu ilə oynamağa gətirməsi olub. Tüfəngin qəflətən açılması isə bədbəxt hadisənin baş verməsinə səbəb olub.