46 min hərbiçi tutduğu vəzifədən azad edildi

DÜNYA
11:07 26.01.2013
1574

Pentaqon təqribən 46 min müvəqqəti muzdlu dövlət qulluqçusunu ödənişsiz məzuniyyətə göndərir.

Bu qərar cari maliyyə ilində hərbi xərclərin icbari olaraq 20 faiz azaldılması təhlükəsi yaradan ABŞ federal büdcəsinin sekvestr vəziyyətində fövqəladə tədbirlərdən biridir.AZXEBER.COM-un İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Amerikanın müdafiə idarəsi rəhbərinin müaviniEşton Karterməlumat verib.Onun sözlərinə görə, Pentaqon həmçinin ABŞ silahlı qüvvələrinin hərbi gəmi və aviatexnikasının saxlanması və texniki xidmətinə sərf olunan xərcləri azaldır. Amerika hakimiyyətinin büdcə məsələləri üzrə yekun razılıq əldə edə bilməyəcəyi təqdirdə nazirliyin 800 min muzdlu dövlət qulluqçusu işdən qovula bilər.Onun qiymətləndirməsinə görə, bu Pentaqonun 5 milyard dollaradək qənaət etməsinə kömək olacaq.

OXŞAR XƏBƏRLƏR