Tanınmış müğənni Əlikram Bayramovun Biləsuvardakı fermasında olan bütün mal-qarası tələf olub.
Bu haqda AZXEBER.COM-a açıqlama verən müğənni deyib ki, baytarın iynə vurmasından sonra fermalarda mal-qara tələf olub:
"Çıxdım efirdə dedim ki, fermam var. Elə aparıcıların gözü dəydi, mal-qaram qırıldı. Bu tək mənim başıma gəlməyib, Biləsuvarda qonşu fermalarda da var. Baytar çağırmışıq, gəlib heyvanlara iynə-dərman ediblər.
Müğənni deyib ki, 5 inəyi tələf olub: "Analar ölüb, balaları həm anasız, həm də südsüz qalıb. Adam baxanda yazığı gəlir. Hardasa beş inəyim ölüb. Ümumilikdə mənə böyük ziyan dəyib".
Aysel










































