Londonda keçiriləcək XXX Yay Olimpiya oyunlarına Azərbaycanın artıq 50 idmançısı iştirak etmək hüququ qazanıb.
Gənclər və İdman nazirliyinin mətbuat xidmətnin rəhbəri Səmayə Məmmədova, əgər Pekin Yay Olimpiya oyunlarında Azərbaycan 11 idman növündə 39 lisenziya, 44 idmançıilə təmsil olunurdusa, London Yay Olimpiya oyunlarında idman növlərinin sayı16 -dır.
Bunlar:
1.boks,
2.atletika
3.taekvondo
4.güllə atıcılığı
5.kanoe
6.avarçəkmə
7.yunan-roma güləşi
8.sərbəst güləş (oğlanlar, qızlar)
9.velosiped
10.bədii gimnastika
11.ağır atletika (qızlar, oğlanlar)
12.idman gimnastikası
13.atçılıq
14.qılıncoynatma
15.cüdo
16.üzgüçülük
Ümumilikdə Pekin Yay Olimpiya oyunları ilə müqayisədə London Yay Olmipiya oyunlarına Azərbaycan idmançıları 5 yeni-kanoe, akademik qayıqlarda avarçəkmə, velosiped , idman gimnastikası, qılıncoynatma idman növləri ilə qatılır.
Pekin Yay Olmipiya oyunlarında Azərbaycanı 1 hakim(güləş- Hicran Şərifov) təmsil edirdisə, London Yay Olimpiya oyunlarına 3 hakimimiz (Əjdər Cəfərov, Hicran Şərifov- güləş, Vahid Nəzərov- ağır atletika) yollanacaq.
Qısa müddət ərzində boks (qızlar), açıq suda üzgüçülük, güləş idman növləri, otüstü hokkey, stend atıcılığı (vald kart) və kamandan ox atma idman növlərindən də lisenziya qazanma imkanları vardır.
Proqramlar üzrə yeni idmançılar da yarışacaq.
Taekvondo üzrə ötən Yay Olimpiya oyunlarında Azərbaycanı Rəşad Əhmədov təmsil edirdisə, bu il gənc idmançılar Ramin Əzizov və Fəridə Əzizova yarışlara qatılacaqlar.
Avarçəkmə idman növündə ilk dəfə olaraq iştirak etməyimizə baxmayaraq, kanoe yarışlarında Valeriy Demyanenka (200 m məsafədə), Bezuqlıy Sergey və Maksim Prakopenko (1000 m məsafədə ), akademik qayıqda Aleksandr Aleksandrov (2000 m məsafədə) və Mustafayeva Nataliya (2000 m ) Azərbaycanın şərəfini qoruyacaqlar. Velospid idmanında şosse yarışmalarında Yelena Çalıx çıxış edəcək.
Ağır atletikada ilk dəfə olaraq qadın idmançımız Azərbaycanın şərəfini qoruyacaq.
Bunula yanaşı ilk dəfə olaraq idman gimnastikasında Şakir Şıxəliyev böyük uğura nail olaraq Olimpiya oyunlarına lisenziya qazana bilib.
Azərbaycanda yetişmiş idmançımız Səbinə Mikina qılıncoynatma idman növündə qalibiyyət uğrunda mübarizə aparacaq.
Ayrı-ayrı idman növlərində ötən ilki Olimpiya oyunları ilə müqayisədə iştirakçıların dasayı artıb.
Ağır atletikada 6 ( ötən olimpiada 5), güləşdə 12 (6 gözlənilir) (ötən olimpiada 16), boksda 7 (ötən olimpiada 2), cüdo idman növündə 7 (ötən olimpiada 6) olub.
Yarışda iştirak etmək hüququ qazanmış idmançılar:
1. Dmitriy Marşin- (yüngül atletika- çəkic atma) 2. Fəridə Əzizova (taekvondo, 67 kq) 3. Ramin Əzizov (taekvondo, 80 kq) 4. Soltan Miqitinov (boks, 75 kq) 5. İradə Haşumova (güllə atıcılığı 25 m) 6. Sergey Bezuqlıy və Maksim Prokapenko (avarçəkçə-kanoe 1000 m) 7. Valentin Demyanenko (avarçəkmə-kanoe 200 m) 8. Aleksandr Aleksandrov- (akademik avarçəkmə, 2000 m) 9. Natalya Mustafayeva (akademik avarçəkmə, 2000 m) 10. Rövşən Bayramov (yunan-roma güləşi 55 kq) 11. Saman Taxmasibi (yunan-roma güləşi, 84 kq) 12. Maria Stadnik (qadın güləşi 48 kq) 13. Şərif Şərifov (sərbəst güləş , 84 kq) 14. Əşrəf Əliyev (sərbəst güləş, 74 kq) 15. Camaləddin Maqomedov (sərbəst güləş, 120 kq) 16. Cəbrayıl Həsənov (sərbəst güləş, 66 kq) 17. Yelena Çalıx (velosport) 18. Aliyə Qarayeva (bədii gimnastika) 19. Heybətulla Hacıəliyev (boks, 64 kq) 20. Elvin Məmişzadə (boks, 52 kq) 21. Teymur Məmmədov (boks, 91 kq) 22. Maqomedrasul Mədcidov (boks, +91 kq) 23.Layeş Abdullayeva (yüngül atletika, 3000 metrə qaçış)
24. Layeş Abdullayeva- (yüngül atletika, 5000 metrə qaçış) 25-29 Azərbaycanın ağırlıq qaldırma üzrə yığma komandası (kişi) 30. Şakir Şıxəliyev (idman gimnastikası) 31. Camal Rəhimov (atçılıq idman növü) 32. Ağırlıq qaldırma üzrə Azərbaycan yığma komandası- (qadın) 33. Maqomed Abdulqamidov- (boks 56 kq) 34. ToğruL Əskərov (sərbəst güləş 60 kq) 35. Vətən Hüseynli- (boks 81 kq) 36. Kamran Məmmədov (yunan roma güləşi- 60 kq) 37. Sabina Mikina- (qılıncoynatma- sablya) 38. Yuliya Ratkeviç (qadın güləşi 55 kq) 39-40. Beynəlxalq su idmanı növü federasiyasından vald-kart
41. Xetaq Qazyumov- (sərbəst güləş, 96 kq)
42. Emin Əhmədov (yunan roma güləşi-74 kq) 43.İlqar Muşkiyev (cüdo , 60 kq) 44.Tərlan Kərimov (cüdo, 66 kq) 45. Elnur Məmmədli (cüdo , 81 kq) 46. Elxan Məmmədova (cüdo, 90 kq) 47. Elmar Qasımov (cüdo, 100 kq) 48. Kifayət Qasımova (cüdo, 57 kq) 49. Ramilə Yusubova (cüdo 63 kq) 50. Şalva Qadobadze (yunan roma güləşi, 96 kq)