“50 milyona kim soyunmaz ki?” - Azərbaycanlı cazibədar müğənni
ŞOU-BİZNES
15:48 11.11.2013
7282
Müğənni Günel Ələkbərova uzun müddət çəkilişlərdən imtina edib.Buna səbəb sənətçinin bir vaxtlar dodaqlarının xoşagəlməz hala düşməsi olub.“Space” telekanalında yayımlanan “Şou +” verilişinə qonaq olan Günel buna görə plastik əməliyyata üz tutduğunu bildirib:“Dodaqlarım xoşagəlməz hala düşmüşdü. Əvvəllər deyirdim ki, öz dodaqlarımdır. Amma sonra etiraf etdim ki, silikon olub. Onlardan xilas olmağa çalışırdım. Bun görə bütün çəkilişlərdən də imtina edirdim. Nəhayət, ürəyimcə həkim tapıb əməliyyata getdim. İndi nəticədən razıyam”.Günel haqqında çıxan “50 milyon versələr, soyunaram” söhbətinə də aydınlıq gətirib:“50 milyonu kimə versələr, soyunar. Kim bu qədər pul qarşılığında soyunmaz ki? Buna görə məni qınayan müğənnilərin özlərinə 50 min versən belə, soyunarlar. Şükür ki, bu günə kimi lüt, açıq-saçıq fotolarım olmayıb. Bir dəfə çimərlik geyimində şəkillərim olub. O da çimərliyə gedəndə paltoyla gəzməyəcəkdim ki. Dəniz kənarında kimsə telefonla çəkib yayıb. Buna isə normal baxıram”.