50 min müəllim işsiz qala bilər - VİDEO

DÜNYA
07:52 28.01.2013
1544
Portuqaliyada təhsil sahəsində 1 milyard avroluq ixtisar planına etiraz olaraq, minlərlə müəllim Lissabon küçələrinə axışıb. Hökumətin sərt islahatlarını qəbul etməyən təhsil işçiləri ictimai məktəblərin sıradan çıxdığını simvolizə etmək üçün Portuqaliya baş naziri və təhsil nazirinin şəkillərinin yer aldığı tabut daşıyıblar.Həmkarlar İttifaqının üzvləri hökumətin ictimai məktəbləri özəlləşdirməyə çalışdığını bildirərək, bunun 50 min müəllimin işini itirməsi ilə nəticələnəcəyini deyirlər.2013-cü ilin büdcəsinə əlavə olaraq planlaşdırılan sərt dəyişikliklər Portuqaliya tarixinə ən sərt islahatlar kimi düşə bilər. Hökumət 78 milyardlıq maliyyə yardımına görə, beynəlxalq kreditorlar qarşısında 3 illik iqtisadi islahatlar öhdəliyini qəbul edib. Bu islahatlara büdcə xərclərinin kəskin şəkildə azaldılması, vergilərin yüksəldilməsi, dövlət sektorunda çalışan işçilərin maaşlarının aşağı salınması kimi tədbirlər daxildir.

OXŞAR XƏBƏRLƏR