50 yaşlı ingilis qadın Pat Ekins bütün var-dövlətini 28 yaşlı türk sevgilisinin adına keçirdiyini və onun tərəfindən aldadıldığını iddia edib.AZXEBER.COM-un Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İngiltərədəki evini satıb pulunu bar açması üçün oğlan dostuna verən Pat Ekins özü bayırda qalıb.Belə ki, 3 nəvə sahibi olan nənə Marmarisdə tanış olduğu oğlan dostu İbrahim Halına yeni işini qurması üçün 70 min sterlinq verdiyini, lakin oğlanın qısa bir vaxt sonra qaçdığını deyir.Xəbərə görə, İngiltərənin Preston şəhərində yaşayan Ekins 4 il öncə tanış olduğu oğlan dostunu görmək üçün tez-tez Marmarisə gedirmiş.Bir müddət sonra keçmiş əri ilə paylaşdığı evini satan qadın əldə etdiyi pulu ilə birlikdə 70 min sterlinqi gənc oğlan dostuna yeni iş qurması üçün verir. Ancaq 1 il içində borcunu ödəyəcəyi haqda söz verən İbrahim Halın pulu aldıqdan sonra geri dönmür.Ekinsin sözlərinə görə, Marmarisdə bir evdə pulsuz qalıbmış. Evdən çıxarılandan sonra isə bir müddət bərbərxanada yaşayıb, daha sonra dostunun göndərdiyi pulla İngiltərəyə qayıdıb.Evinə qayıtdığında isə ailəsinin böyük narazılığı ilə qarşılaşan qadın, evdən də qovulunca parkda yatmaq məcburiyyətində qalıb. Çətin günlər keçirdiyini, ancaq onların hamısını geridə qoyduğunu deyən Pat Ekins hazırda Kolçestrdakə bir xeyriyyəçi qurumda çalışdığını bildirib.