Göygölün Topalhəsənli kəndindən Vüqar Cəfərov, Kamil Yusifov, Cavid Əmiraslanov, Boran Musayev və Elgün Məhərrəmov müxtəlif yaşlardan olsalar da dostluq ediblər.
Dostlardan ən kiçiyi Cavid Əmiraslanov olub.Cavidin 18 yaşı tamam olanda o, hərbi xidmətə çağırılıb. Bununla bağlı Cavid dostlarına qonaqlıq verəcəyinə söz verib. Yeyib-içmək məclisi həyətdə qurulub.Dostlar spirtli içki qəbul ediblər. Kənd bələdiyyəsində mühasib işləyən 55 yaşlı Güləbat Namazova da həmin məclisdə olub.Məclis deyib-gülməklə keçib. Hər şey Güləbat Namazova evinə getmək istəyəndə başlayıb.Sərxoş dostlar Güləbat xanımı evinə ötürmək istəyiblər.5 dost Güləbat xanımın arxasınca gediblər. Yolda əvvəllər məhkumluq həyatı yaşayan Vüqar Cəfərov 55 yaşlı xanımla cinsi əlaqədə olmağı dostlarına təklif edib.Təklifə etiraz etməyən dostların gözünə yol üstündə olan sahibsiz yarımtikili sataşıb.Fikirləşdiklərini həyata keçirmək istəyən dostlar Güləbatı döyə-döyə həmin tikiliyə aparıblar.Orada onu bir qədər döyəndən sonra növbə ilə onunla cinsi əlaqədə olublar.Arada qadına bir iki sillə-təpik vurmağı da unutmayıblar.Dostlardan yalnız Elgün Məhərrəmov qadına yaxınlıq etməyib. O, yalnız dostlarının etdiklərinə tamaşa edib.Dostlardan biri qadınla yaxınlıq edən zaman onun hərəkət etmədiyi görüb və digərlərinə bu barədə xəbər verib. Qadının nəbzini yoxlayanda məlum olub ki, o, dünyasını dəyişib.Qorxan dostlar hadisə yerindən qaçıblar.Məhkumluq həyatı yaşayan Vüqar etdiklərini əməlin nəticəsində onları nə gözlədiyini bilərək törətdikləri vəhşiliyin izini itirmək istəyib.Bunu üçün də gecə saat 11 radələrində Vüqar Cəfərov Kamil Yusifovla hadisə yerinə qayıdıblar.Dostlar meyiti Kamilin eşşəyinə qoyaraq, Gəncəçay çayına aparıblar.Orada cinayətin izini itirmək məqsədi ilə meyitin üzərində olan qan və spermanı yuyub, qadına təzə paltar geyindirərək çaya atıblar.Səhəri gün Güləbatı xanım görünməyəndə qohum, qonşu və iş yoldaşları onu axtarmağa başalayıblar. Tapılmayanda isə onun itkin düşməsi barədə polisə şikayət ediblər.Hadisədən bir neçə gün sonra Güləbat Namazovanın meyiti Gəncəçay çayından aşkarlanıb.Ekspertlər qadının zorlanması və döyülməsi barədə rəy veriblər. Lakin onun üzərində heç bir əl və ya sperma ləkəsi tapılmayıb.Bu səbəbdən dostlar istintaqdan yayınıb.Bu arada Cavid Əmiraslanov hərbi xidmətə yollanıb. Digər dostlar da heç nə baş verməmiş kimi həyatlarına davam ediblər. Lakin prokurorluq əməkdaşları araşdırmaları davam etdirib.Prokurorluğun müstəntiqi qatillərin axtarışına 3 ay vaxt sərf edib. Şübhəli şəxs kimi ilk olaraq Vüqar Cəfərov saxlanılıb.İlk dindirmə zamanı o, hadisəni dostları ilə törətməsini etiraf edib. Cəfərov bildirib ki, onların məqsədi qadını öldürmək yox, onunla cinsi əlaqədə olmaq olub.Cavid Əmiraslanov da hərbi xidmət ikən həbs olunaraq istintaqa təhvil verilib.Ağır hadisənin istintaqının yekununda Vüqar Cəfərov, Kamil Yusifov, Cavid Əmiraslanov və Boran Musayevə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 149-cu (zorlama) maddələri ilə ittiham elan edilib.İstintaq Elgün Məhərrəmovun hadisəyə şahidliyini isə Cinayət Məcəlləsinin 307-ci (ağır cinayəti bilib gizlətmə) maddəsi ilə qiymətləndirib.İstintaq yekunlaşandan sonra cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.Gəncə Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə), 149-cu (zorlama) maddələri ilə təqsirli bilinən Vüqar Cəfərov 15 il, Kamil Yusifov 15 il, Cavid Əmiraslanov və Boran Musayev 10 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 307-ci (ağır cinayəti bilib gizlətmə) maddələri ilə təqsirli bilinən Elgün Məhərrəmov isə 2 il müddətinə azadlıqdan məhrum edilib.
AZXEBER.COM