ABŞ-da 20 şagirdə təcavüz edən müəllim tutuldu. Publika.az-ın məlumatına görə, ABŞ-ın Los Anceles şəhərində məktəb müəllimi həbs edilib. 8 təcavüz və 7 uyğunsuz seksual hərəkətlərdə ittiham edilən Robert Pimentaldan 12 milyon dollar kompensasiya istənilir. Xatırladaq ki, ittihamlar ortaya çıxanda 57 yaşlı müəllim 1974-cü ildən işlədiyi George De La Torre məktəbindən qovulmuşdu. Ümumiyyətlə Los Anceles müəllimlərin şagirdlərə ən çox zorakılıq etdiyi yerlərdən biri sayılır. Hələ bu yaxınlarda yekunlaşan məhkəmə proseslərindən birində iki ildir işlədiyi məktəbdə 10 yaşlı şagirdə təcavüz etdiyi üçün Forrest Stobbun 6.9 milyon dollar təzminat ödəməsi barədə qərar qəbul edilmişdi.