Türkiyəli aktrisa Pelin Öztekinin 6 aya sürətlə arıqlaması həmkarlarını çox təəccübləndirib.AZXEBER.COM “Hürriyet”ə istinadən xəbər verir ki, aktrisa həmin müddət ərzində 53 kiloqram artıq çəki ataraq 100 kiloya düşüb. Lakin Pelin buna hər hansı bir pəhrizlə yox, əməliyyat yolu ilə nail ola bilib. O, mədəsini daraldıb.P.Öztekin hazırkı vəziyyətindən olduqca razı qaldığını söyləyib.Qeyd edək ki, aktrisa məşhur aktyor Rasim Öztekinin qızıdır.