62 yaşlı kişi dəm qazından boğularaq öldü

62 yaşlı kişi dəm qazından boğularaq öldü
Bütün Xəbərlər
10:34 02.12.2014
467

Azərbaycanda dəm qazından daha bir boğulma hadisəsi baş verib.

Şəki şəhər-rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə dekabrın 1-i axşam saat 20:30 radələrində Şəki şəhəri, Haqverdiyev küçəsi ev-6 ünvanında qeydə alınıb.

1952-ci il təvəllüdlü, Aydın Yusif oğlu Yusifovun meyiti ailə üzvləri tərəfindən yaşadığı evin vanna otağında aşkar olunub. Hadisə yerinə çağırılmış həkim briqadasının müayinəsi zamanı 62 yaşlı Aydın Yusifovun dəm qazından zəhərlənərək ölməsi müəyyən olunub. Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR