64 il əvvəl uçurulan məscidin kadrları - VİDEO

MARAQLI
08:37 14.12.2012
1418
Yəhudilərin 64 il əvvəl minarəsini uçuraraq sinaqoqa çevirdiyi məscidin kadrları yayımlanıb. Bu, İsrailin “Kanal2” telekanalında nümayiş olunub. Sənədli film kimi nümayiş olunan kadrlar 1948-ci ildə o zamanlar fələstinlilərə aid Vadi Hanin kəndində lentə alınıb. Qeyd edək ki, görüntülərdə Osmanlıdan qalan tarixi “Hanin” məscidinin minarəsini əvvəl partlayıcı qurğu ilə partladan yəhudi işğalıçılar daha sonra külünglə minarəni uçurur. Sənədli filmi ivritcə şərh edən qadın aparıcılardan biri isə bu yerin müqəddəs bir məkan olmadığını deyir.Xatırladaq ki, 64 il əvvəl yəhudilər tərəfindənb minarəsi uçurulan məscid bu gün Tel-Əvivin yaxınlığındakı Ramle şəhərində “Geulat”yəhudi sinaqoqu kimi fəaliyyət göstərir.
OXŞAR XƏBƏRLƏR