Lənkəranda yolda sürüşmə olub.
AZXEBER.COM APA-ya istinadla xəbər verir ki, son günlər yağan intensiv yağışlardan sonra Lənkəran rayonunun Hirkan-Daşdatük-Biləsər avtomobil yolunda torpaq sürüşməsi baş verib. Nəticədə yolun asfalt örtüyü çöküb, nəqliyyatın hərəkətinə çətinliklər yaranıb.
Qeyd edək ki, sözügedən yol 7 yaşayış məntəqəsini şəhər mərkəzi ilə birləşdirir.










































