‘7 rayon Azərbaycana qaytarılmalıdır’ - ABŞ səfiri

‘7 rayon Azərbaycana qaytarılmalıdır’ -  ABŞ səfiri
SİYASƏT
00:07 09.07.2014
1416

“Hazırda işğal altında olan Dağlıq Qarabağ ətrafı 7 rayon Azərbaycana qaytarılmalıdır”.

AZXEBER.COM-un məlumatına görə, belə bir bəyanatla Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Riçard Morninqstar Publika.az-a eksklüziv açıqlamasında bildirib.

Səfir bəyan edib ki, ölkəsi Dağlıq Qarabağın sülh yolu ilə həlli ilə bağlı çox açıq mövqe bildirib:

“Mövqeyimiz də ondan ibarətdir ki, Dağlıq Qarabağ istisna olmaqla, hazırda 7 işğal altında olan Azərbaycan rayonları geri qaytarılmalıdır. Bütün bunlar isə bilavasitə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin tərkib hissəsi olmalıdır.

Ümumiyyətlə, artıq Dağlıq Qarabağ müanqişəsinin yekun həlli yolu tapılmalıdır. Biz artıq bu barədə bəyanatlarımızı da vermişik”.

R.Morninqstar Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə keçirilməsi nəzərdə tutulan  görüşü ilə bağlı məsələni də şərh edib:

“Mən ümid etmək istərdim ki, bu görüş Parisdə baş tutacaq. Hazırda isə bu görüşün baş tutacağı barədə danışmaq erkən olardı. Çünki bu görüşün tarixi hələ ki bəlli deyil. Sadəcə olaraq, onu düşünürəm ki, belə görüş çox faydalı olardı. Yəni iki prezident bilavasitə Parisdə görüşərək Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müzakirələr aparardı və bu problemin həlli barədə konkret danışardılar. Ancaq hələ ki məndə bu görüşün təfərrüatı barədə hər hansı məlumat yoxdur. Düşünürəm ki, prezidentlər özləri bu görüşün təşkilinə razılıq verəcəklər və daha sonra da görüşün vaxtı müəyyənləşəcək”.

Xatırladaq ki, ABŞ-ın Ermənistandakı səfiri Con Heffern isə bəyan edib ki, Dağlıq Qarabağın Azərbaycana qaytarılması məsələnin yekun həlli zamanı müəyyənləşəcək.

O, hazırda əsas müzakirə mövzusunun tərəflər arasında hansı sülhməramlı qüvvələrin yerləşdirilməsinin müəyyənləşdirilməsi ilə bağlı olduğunu deyib:

“Altı razılaşdırılmış elementə əsasən, Dağlıq Qarabağın son statusu azad iradə əsasında bəlli olacaq. Bundan sonra isə Dağlıq Qarabağ ətrafındakı rayonlar, Laçın istisna olmaqla, geri qaytarılacaq. Məsələ burasındadır ki, hansı ölkə və təşkilatın güclərinin burada sülhməramlı qüvvə kimi yerləşdirilməsi hələlik tərəflər arasında müzakirə mövzusudur”.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
18:21 09.06.2026
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
18:10 09.06.2026
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
17:56 09.06.2026
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
17:47 09.06.2026
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda