05:10 Bazar Günü, 21 Oktyabr 2018
GƏNCLİK

700 bal toplayan Selcan: Gənclərə demək istəyirəm ki... - VİDEO

15:00, 29.07.20189484
700 bal toplayan Selcan: Gənclərə demək istəyirəm ki... - VİDEO
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 26-da ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb. İmtahanda II ixtisas qrupu üzrə 1 abituriyent, III ixtisas qrupu üzrə isə 3 abituriyent maksimum nəticə göstərib. 

700 bal toplayanlardan biri də Gəncə şəhər 27 №-li məktəb-liseyin məzunu Selcan Məmmədlidir. 

AZXEBER.COM xəbər verir ki, Selcan və ailəsi sevincini YeniGence.com saytı ilə bölüşüb. O  qazandığı uğurda məktəbinin və valideynlərinin rolunun danılmaz olduğunu söyləyib. Birinci qəbul imtahanından 676 bal toplamağına baxmayaraq Selcan bu nəticə ilə razılaşmayıb və yenidən hazırlaşaraq ikinci imtahandan maksimum nəticə əldə edib. 

Müsahibimiz abituriyentlərə məqsədlərini daha yüksək tutmağı, heç nəyin mümkünsüz olmadığını, yalnız belə halda uğur qazanacaqlarını bildirdi.
 

XƏBƏR LENTİ