700 mindən çox vətəndaşın maaşı artacaq – ŞAD XƏBƏR - VİDEO

700 mindən çox vətəndaşın maaşı artacaq – ŞAD XƏBƏR - VİDEO
SOSİAL
22:12 06.02.2026
890
700 mindən çox vətəndaşın maaşı artacaq...

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən, ölkədə minimum əməkhaqqı ildə bir dəfə artırılacaq.

Millət vəkili Vüqar Bayramov bildirib ki, bu, minimum əməkhaqqında artımların dövrülüyünü təmin etmək baxımından vacibdir. Minimum əməkhaqqının hər il artırılması xüsusən az maaş alan vətəndaşların əməkhaqqlarına təsir göstərəcək.

Dəyişiklik eyni zamanda minimum əməkhaqqı ilə ortaaylıq maaş arasındakı fərqin azalmasına səbəb olacaq.

Minimum əməkhaqqı məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılması məsələsi parlamentdə birinci oxunuşunda qəbul edilib.

OXŞAR XƏBƏRLƏR