75 nümayişçi həbs edildi

MARAQLI
12:47 26.10.2011
1444
Amerika Birləşmiş Ştatlarında Nyu-York şəhərində başlayan "Wall Street-i işğal et" hərəkatına dəstək nümayişləri davam edir. Ötən gün hərəkatın iştirakçıları Kaliforniya ştatının Oklend şəhərinin mərkəzində çadır düşərgəsi qurublar. Polisin onları ərazidən uzaqlaşdırmağa və düşərgəni yığmağa çalışması 75 nəfərin həbs edilməsi ilə nəticələnib.Oklend şəhərində etiraz aksiyası artıq bir neçə həftədir davam edir. İlk vaxtlar Oklend şəhərinin rəhbərliyi dinc aksiyanın keçirilməsinə etiraz etməsə də, dünən şəhər polisi ictimai asayişi və sanitar normaları pozan nümayişçiləri meydandan kənarlaşdırmaq əmri alıb. Əməliyyat zamanı polis rezin güllə və gözyaşardıcı qazdan istifadə edib. Aksiya insidentsiz başa çatıb.

OXŞAR XƏBƏRLƏR