Londonda yaşayan 50 yaşlı Treysi Britten adlı qadın dünya gündəminə düşüb.
Buna səbəb 3 uşaq və 8 nəvə sahibi olan qadınjın hamilə olmasıdır.
Hamiləliyinin 25-ci həftəsində olan Treysi 4 uşaq birdən dünyaya gətirəcək.
Məlumata görə, qadın yenidən ana ola bilmək üçün süni mayalanmadan istifadə edib. Onun bətninə yerləşdirilən 4 dölün hamısı inkişaf edib. Uşaqlar 7 həftədən sonra qeysəriyyə kəsiyi ilə dünyaya gələcəklər. Britten və həyat yoldaşı Stivenin 3 qızı, 1 oğlu olacaq.
Treysi onu qınayanlara belə deyib:
"Mənə deyirlər ki, yenidən uşaq doğmaq üçün yaşlısan. Niyə ki? Mən nə birinci, nə də axırıncıyam. Mən nə 50 yaşlı qadın kimi görünürəm, nə də özümü elə hiss edirəm. Kim nə istəyir, desin. Onlar mənim həyatımı bilmirlər. Nə vaxt 4 uşağı görəcəklər, onda mənə qarşı fikirləri də dəyşəcək".
Qeyd edək ki, qadının ilk evliliyindən 3 övladı var. Onun böyük övladları ailəlidirlər və uşaqları var. Treysi ilk ərindən 2003-cü ildə ayrılıb. İki il sonra isə o, Stivenlə ailə qurub. Bundan sonra hər il hamilə qalmağa qərar versə də, bu arzusunu reallaşdıra bilməyib.
///Axşam.az