07:30 Cümə, 14 Dekabr 2018
Maqazin

8 yaşlı Leylaya yardım edən Səbinə: "Mənim də qızım var" - FOTOLAR

16:35, 12.10.20183014
8 yaşlı Leylaya yardım edən Səbinə:
Xəbər verdiyimiz kimi, tanınmış müğənni Səbinə Əskərova bir ayağını itirən 8 yaşlı Leyla Sadıqovanın əməliyyat və protez xərclərini öz üzərinə götürüb.
 
Müğənninin bu addımı haqda məlumatı jurnalist Hacıbəy Heydərli verib.
 
O deyib ki, müayinə olunmaq üçün Leyla bu gün Masallıdan Bakıya gəlib: "Dünən 8 yaşlı Leyla bala ilə bağlı xəbər paylaşdıq. Xəbərə dərhal reaksiya verən dəyərli dostumuz, sənətçi Sabina Askerovanın dəvəti ilə Leyla Bakıya gəldi və bu gün müayinə olunması üçün xəstəxanaya getdik. Səbinə həmçinin Leyla üçün tələb olunan 12 min manata yaxın vəsaitin hamısını qarşılayacağını dedi. Nə qədər ki, xeyirxah insanlar var yaşamağa dəyər. İnşaAllah bu nur üzlü balamız ayağa qalxacaq".
 
Səbinə Əskərovanın bu addımı sosial şəbəkədə böyük rəğbətlə qarşılanıb.
 
O AZXEBER.COM-a açıqlamasında məsələnin ictimailəşməsindən çox, Leylanın sağalmasının tərəfdarı olduğunu deyib: "Mən dünən bu xəbəri Hacıbəyin profilində gördüm. Leylanın videosuna qızımla bir yerdə baxdıq, inanın səmimiyyətimə ki, qızım bu videodan sonra hələ də özünə gələ bilməyib. Mən özüm də qız anasıyam və onun anasının nələr çəkdiyini təsəvvür etdim. Əgər Allah bizə imkan veribsə, mütləqdir ki, bu pulu boş işlərə deyil, xeyirxah işlərə xərcəyək. Həm də Leyla çox gözəl və mələk üzlü qızdır. Leyla o qədər pozitiv və gülərüz qızdır ki, adam ondan ayrıla bilmir. İnşallah o yenidən ayağa qalxacaq və yeriyəcək".
 
Müğənni Leylanın səhhəti ilə bağlı da danışıb: "Leyla hazırda Bakıdadır. Bu gün Mərkəzi Neftçilər Xəstəxanasına müayinə olundu, rentgen çəkildi. Sabah yenidən həkimin yanına gedəcəyik. Onların təyin etdiyi vaxtda əməliyyata girəcək və protez gətiriləcək".
 
Səbinə bildirib ki, bu addımı reklam üçün atmamışam: "Bir Allah, bir qızım, bir də Hacıbəy şahiddir ki, mən burada hər hansısa məqsəd güdmürəm. Çünki bu xəbər paylaşılmasaydı da mən Leyla balamıza yardım edəcəkdim. Hətta mən təklif etdim ki, bunu paylaşmayaq. Sadəcə olaraq Leylayla bağlı kampaniya başlamışdı və çox az pul yığılmışdı. Düşünürəm ki, bu bizim insanlıq borcumuzdur. Allah bizə imkan veribsə, bunu mütləq xeyirxah işlərə ayırmalıyıq. Mahnı, klip, reklam hər zaman ola bilər, bu məsələnin qarşısında onlar çox kiçik işlərdi".
 

 

 

 

 


XƏBƏR LENTİ