1980-ci illərdə Türkiyədə yayımlanan "Sarı Gül" serialı ilə tanınan məşhur aktyor David Soul 80 yaşında dünyasını dəyişib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun ölüm xəbərini həyat yoldaşı Helen Snell açıqlayıb.
Həyat yoldaşının verdiyi açıqlamada deyilir:
"Sevimli ər, ata, baba və qardaş olan David Soul, sevdiyi ailəsi ilə birlikdə həyat uğrunda gedən igid mübarizədən sonra dünən dünyasını dəyişdi. Aktyor, müğənni, nağılçı, yaradıcı rəssam və əziz dost!. O, bütün dünyada bir çox qeyri-adi istedada sahib idi. Onun təbəssümü, gülüşü və həyata olan həvəsi həyatına toxunduğu bir çox insanların yaddaşında qalacaq".
Mikayıl