80 yaşlı Zeynəb Xanlarovanın yeni görüntüləri yayıldı - VİDEO

MƏDƏNİYYƏT
15:13 01.11.2016
26520
Əməkdar artist Mehriban Xanlarova bibisi, canlı əfsanə Zeynəb Xanlarovanın canlı ifasını paylaşıb.
 
AZXEBER.COM publika.az-a istinadən bildirir ki, aktrisanın paylaşdığı video sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.
 
M.Xanlarova görüntünü belə təqdim edib: "Dünya şöhrətli müğənni Zeynəb xanım Xanlarova öz kabinetində canlı-canlı "Nərgizim", "Ananın Səsi", "Məni candan usandırdı" mahnılarını ifa edib. Zeynəb Xanlarova Azərbaycan xalqının fəxridir". Hər kəs sənətkarın ünvanına xoş sözlər yazıb.
 
Qeyd edək ki, dekabr ayında Zeynəb Xanlarovanın 80 yaşı tamam olacaq.
 


OXŞAR XƏBƏRLƏR