“Bizim Yol”qəzeti yanlış informasiya yayıb

MARAQLI
17:27 15.04.2011
14459

 

Bu gün AZXEBER.COM-da “Bizim Yol” qəzetinə istinadən “Ziya Məmmədov oğlunun toyuna 2 saat gecikdi” sərlövhəli yazı çap olunub. Yazıda Nəqliyyat naziri Ziya Məmmədovun məşhur «Buta Palace»-də oğlu Anar Məmmədova toy etdiyi və vacib dövlət tədbirində olduğundan hətta toya 2 saat gecikdiyi qeyd olunub. Yazıda bildirilib ki, nəqliyyat naziri Hesablama Palatasının sədri Heydər Əsədovla quda olub.

Məlum xəbər “Bizim Yol” qəzetinə istinadən portalımızda çap edildikdən sonra müxtəlif məlumatlı mənbələr redaksiyamızla əlaqə saxlayaraq məlumatı təkzib edib. Onlar qeyd ediblər ki, nazirin oğlunun toy mərasimi sabah, yəni aprel ayının 16-da keçiriləcək. Bu informasiyadan sonra əməkdaşımız məsələni toya dəvət alan bir sıra şəxslərlər dəqiqləşdirib və bəlli olub ki, həqiqətən nazir oğlunun toyu sabah baş tutacaq.

 

OXŞAR XƏBƏRLƏR