Peker Açıkalının müalicə aldığı xəstəxananın baş həkimi Ali Metin Esen bildirib ki, xəstəxanaya çatdırılanda şüuru özündə olmayan aktyorun huşu artıq özündədir: “Bəzi suallara yavaş da olsa cavab verə bilir. Gəldiyi vaxtla müqayisə etsək, vəziyyəti yaxşılaşıb”.
İstanbulun polis rəisi Hüseyn Çapkın Peker Açıkalının polis əməkdaşı ilə mübahisə etməsi faktına münasibət bildirib. Onun sözlərinə görə, söhbət fiziki müdaxilədən yox, mübahisədər gedir: “Polisin günahı varsa, gərəkli addımları atacağıq”. Faktla bağlı İstanbulun Kadıköy rayon prokurorluğunda araşdırmalar başlayıb.
Bu arada isə Peker Açıkalının xəstəxanaya çatdırılması anının videosu yayılıb. //milli.az