“Telekanallardakı aparıcıların çoxu Azərbaycan dilini səlis bilmir”

“Telekanallardakı aparıcıların çoxu Azərbaycan dilini səlis bilmir”
MARAQLI
12:47 08.04.2011
1832
Bu barədə  açıqlamasında Milli Televiziya və Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. 

Onun sözlərinə görə, telekanallardakı aparıcıların çoxu Azərbaycan dilini səlis bilmir: “Amma bununla bağlı tədbir görmək üçün həm “Dil haqqında” qanunda, həm də digər qanunvericilik aktlarında hüquqi mexanizm yoxdur. Ədəbi dilin normaları hansı qaydada pozulur, bunu kim müəyyənləşdirir? Bununla bağlı hansı tədbirlər görmək lazımdır? Qanunvericilikdə bunlar yoxdur. Mən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovla danışmışam. Biz AMEA Dilçilik İnstitutu ilə birgə monitorinq aparıb bu məsələni araşdıracağıq. Daha sonra bu vəziyyətlə bağlı tədbir görəcəyik. Ola bilsin ki, KİV-ə Dəstək Fondunun yardımı ilə ictimai təşkilatlar və Dilçilik İnstitutu ilə birgə layihə həyata keçirək. Teleradio məkanında Azərbaycan dilinin mövcud vəziyyəti ilə bağlı araşdırma aparılsın və tədbirlər görmək üçün ortada mütəxəssis rəyi olsun”.

/// APA

OXŞAR XƏBƏRLƏR