“Yahşi Cazibe”nin Peker Pekmezi ölüm ayağında

MARAQLI
11:03 15.04.2011
2366

 

Türkiyənin tanınmış aktyoru, Azərbaycan tamaşaçılarının “Yahşi Cazibe” serialından Peker Pekmez obrazı ilə tanıdığı Peker Açıkalın infarkt keçirib. Xəstəxanaya çatdırılan aktyorun ürəyi bir neçə dəfə dayansa da, həkimlər onu həyata qaytara biliblər. Xəstəxanadan verilən açıqlamada P.Açıkalının mübahisə nəticəsində infarkt keçirdiyi bildirilib. Jurnalistlərə verdiyi açıqlamada aktyorun şüurunun özündə olmadığını deyən ürək-damar cərrahı Fuad Büyükbayrak kardioqram çəkdiklərini və cərrahi müdaxilə üçün xəstənin şüurunun geri qayıtmasını gözləyəcəklərini deyib.

Aktyorun yaxın dostu Birol Gül isə Açıkalının yol polisləri ilə etdiyi mübahisə nəticəsində infarkt keçirdiyini bildirib. Gül hadisə yerinə təcili yardım maşınının gecikməsinin təqsirinin də polisdə olduğunu deyib..//milli.az

OXŞAR XƏBƏRLƏR