“Yahşi Cazibe”nin Peker Pekmezi hələ də ölüm ayağındadır (YENİLƏNİB) (FOTO)

MARAQLI
17:42 15.04.2011
2094

Xəstəxanaya çatdırılan aktyorun ürəyi bir neçə dəfə dayansa da, həkimlər onu həyata qaytara biliblər. Xəstəxanadan verilən açıqlamada P.Açıkalının mübahisə nəticəsində infarkt keçirdiyi bildirilib. Jurnalistlərə verdiyi açıqlamada aktyorun şüurunun özündə olmadığını deyən ürək-damar cərrahı Fuad Büyükbayrak kardioqram çəkdiklərini və cərrahi müdaxilə üçün xəstənin şüurunun geri qayıtmasını gözləyəcəklərini deyib.

AZXEBER.COM portalının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, həkimlər Peker Açıkalının səhhətinin yaxşıya doğru getdiyini ancaq, ölüm təhlükəsinin qaldığını söyləyib.

Qeyd edək ki, polis aktyorun hansı şəraitdə infarkt keçirməsini araşdırır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


{jcomments off}

OXŞAR XƏBƏRLƏR