18:10 çərşənbə, 16 Oktyabr 2019
MARAQLI

88 yaşlı qadın tabutda oyandı

19:06, 28.12.20101309
88 yaşlı qadın tabutda oyandı

Maria Conceicaon adlı 88 yaşlı qadının xəstəxanada öldüyü deyilib və cəsəd basdırılmağa hazırlanmaq üçün meyitxanaya aparılıb. Amma meyitxana işləçiləri qadının nəfəs alıb, tərpəndiyini hiss ediblər. Onu tabutuyla birlikdə reanimasiya xidmətinə geri qaytarıblar.

Conceicaonun bir nəvəsi nənəsinin cənazə avtomobiliylə geri gətirildiyini və indi xəstəxanada canlı olduğunu söyləyib.

Təzyiq yüksəkliyi,  Azheimer xəstəliyi nəticəsində  ağlını itirmə kimi sağlamlıq problemləri olan Conceicaonun noyabr ayında bir ayağının da həkimlər tərəfindən kəsildiyi söylənib.

Polislər qadının öldüyünün deyilməsi və dəfn icazəsinin imzalanmasını araşdırır.


 

XƏBƏR LENTİ