AZXEBER.COM xəbər verir ki, hadisə iyunun 8-də saat 18 radələrində rayonun Xaldan kəndində baş verib. Kənd sakini - 1935-ci il təvəllüdlü Zümrüd Sabit qızı Əhmədova yaşadığı evin həyətyanı sahəsində su qızdırmaq üçün ocaq yandıran zaman üzərində olan geyimlərinə od düşməsi nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. O, xəstəxanada dünyasını dəyişib.











































