Tədbirdə BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) layihə rəhbəri Arzu Quliyeva, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin AİDS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova, nazirliyin Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun əməkdaşı Leyla Məmmədova, Ombudsman Aparatının əməkdaşları, valideynlər və şagirdlər iştirak edib.
E.Süleymanova fəaliyyətində digər hüquqlarla yanaşı, AİDS-ə yoluxmuş şəxslərin hüquqlarının müdafiəsinin mühüm yer tutduğunu, bu sahədə UNODC və AİDS-lə Mübarizə Mərkəzi ilə sıx əməkdaşlıq əlaqələrinin yaradıldığını diqqətə çatdırıb.
Ombudsman Azərbaycanda bu xəstəliyə yoluxmuş 2 mindən çox insanın olduğunu, bu amansız xəstəliyin cavanlaşdığını və artıq uşaqlar arasında da yayıldığını qeyd edib.
Sonda uşaqların AİDS və bu xəstəliyə yoluxmuş insanların hüquqları ilə bağlı sualları cavablandırılıb.
Aysel Fərziyeva