ABŞ-dan sonra Avropada da İslamı təhqir etdilər

MARAQLI
13:07 10.04.2011
2063
Bu dəfə biabırçı olay İspaniyada baş verib - Arko adlı sərgi salonunda İslam dinini aşağılayan heykəl nümayiş olunub. 

“Cənnətə gedən nərdivan” adlandırılan əsərin müəllifi heykəltəraş Ecciano Merinadır.
Əsərdə 3 səmavi dinin nümayəndələri əks olunub. Yerdə səcdə halında əyilmiş müsəlmana bənzədilən insan, onun üzərində diz üstə oturmuş xristian keşiş və keşişin çiyinləri üzərində dik dayanmış yəhudi din xadimi - haham. Heykəldə eyni zamanda səcdə halında olan müsəlmanın qarşısında xristianların müqəddəs kitabı İncil, keşişin əlində yəhudilərin dini kitabı Tövrat, yəhudi hahamın əlində isə Quran var. Eyni zamanda heykəlin yanında avtomat silahın ucuna yəhudilik simvollarından olan yeddi guşəli şamdan keçirilib. Müəllif bildirib ki, “heykəl” ideyası ötən ilin sentyabrında yaranıb, noyabrda heykəli hazırlamağa başlayıb və bu ilin yanvarında onu hazırlayıb.

OXŞAR XƏBƏRLƏR