Abacının vəsiyyəti açıqlandı

Abacının vəsiyyəti açıqlandı
MAQAZİN
18:43 14.11.2025
134
ABŞ-da ürək tutmasından sonra yaranan ağırlaşmalar səbəbindən vəfat edən Türk klassik musiqisinin sənətkarı Muazzez Abacının cənazəsi sabah İstanbula gətiriləcək. Atatürk Mədəniyyət Mərkəzində (AKM) keçiriləcək vida mərasimindən sonra sənətçi atasının yanında dəfn ediləcək.

AZXEBER.COM xəbər verir ki, Abacının vəsiyyəti üzrə "Sarı Bomba" ləqəbi ilə tanınan məşhur boksçu atası Oktay Bəyin yanında dəfn olunacaq.

Məşhur sənətçinin mirası ilə bağlı detal açıqlanmasa da, vəsiyyətin ailə daxilində diqqətlə yerinə yetiriləcəyi bildirilib. 
 

Xatırladaq ki, 78 yaşlı Muazzez Abacı 5 noyabrda qızını ziyarət etmək üçün ABŞ-a gedərkən infarkt keçirmişdi. Həkimlər ona stent qoysa da, böyrəklərində yaranan ciddi ağırlaşmalar səbəbindən reanimasiyaya köçürülmüş və bütün müdaxilələrə baxmayaraq həyatını itirmişdi. 

OXŞAR XƏBƏRLƏR